En   Ru   Az  


     
                                                                                                                                                             
                                                                                                                           
Yararlı məlumat
Atəşgah məbədi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BİNASI
Cavanşir qalası
ÇIRAQQALA
Dairəvi Nardaran qalası
Diri-baba türbəsi
Əjdərbəy məscidi
Əskipara məbədi
İsmailiyyə Sarayı
Mömünə xatun türbəsi
Qız qalası (Bakı)
Qum bazilikası
Şəki xan sarayı (Şəki)
Şirvanşahlar sarayı
Yeddi kilsə monastır kompleksi
Yararlı məlumat  »  Dairəvi Nardaran qalası

Bakıdan təxminən 30 km məsafədə yerləşən Abşeronun ən səfalı və qədim kəndlərindən biri olan Nardaranda, yüksək təpəcikdə, kənd qəbiristanlığının yaxınlığında bir qala ucalır. Qala dairəvi qüllədən və dördguşəli qala divarlarından ibarət tikintidir. Qüllənin salamat qalmış hündürlüyü 12 metrdir, divarların hündürlüyü isə müxtəlifdir. Belə ki, şimal tərəfdən 8 metr, cənub-qərb tərəfdən isə 5 metrdir. Qüllə arakəsicilərlə üç yarusa bölünmüşdür. Birinci yarus digərlərindən birə üç dəfə hündürdür. Yaruslar daş qatlarla örtülmüşdür. Qala divarlarının qahınlığı 1,85 metrdən 1,56 metrə qədərdir. Qalanın birinci qatında dərin bir quyu var. Yerli sakinlərin dediyinə görə, burada yeraltı lağım olmuşdur.

     Qalanın ikinci qatında, divarın içində yuxarı, üçüncü qata gedən daş pillələr vardır. Üçücü qatı isə hal-hazırda dağılmışdır. Lakin divarın içərisində olan daş pillələrin izləri göstərir ki, ola bilsin, qalanın vaxtilə dördüncü qatı da olmuşdu. Belə olmuş halda, qalanın hündürlüyü ənənəvi olaraq 20 metrdən artıq olmalı idi.

     Qalanın divarında, təxminən ikinci qatı hündürlüyündə, tikintinin sifarişçinin, memarın və inşa tarixini göstərən iki kitabə salamat qalmışdır. Yazıdan aydın olur ki, qala hicri 700-cü ildə (miladi 1300-1301) Bərəkət adlanan Xuraman ana tərəfindən dəniz kənarında tikilmişdir. (Hal-hazırda qala dəniz kənarından böyük bir məsafədədir.)

     Qalanın qapısının sağında, birinci kitabədən bir az yuxarı, başqa kitabədə «Əməli Mahmud bin Səəd» sözləri yazılmışdır ki, bu da memarın adıdır. Çox güman ki, bu məşhur memar olmuşdur, çünki bu şəxsin adına başqa tikililərin üzərilərində olan kitabələrdə də (məsələn, Bibiheybət məscidinin, Pirsaatçay xanəgahının kitabələrində və başqalarında) rast gəlmək olar.